Azərbaycanda avtomobillər niyə tez sıradan çıxır? - Benzin, yoxsa başqa səbəblər var?

Son günlər sürücülər Avtosfer.az-a şikayət edərək “Aİ-92" markalı benzinin keyfiyyətinin aşağı olması səbəbindən avtomobilin mühərikində problemlərin yarandığı, müxtəlif səslərin gəldiyini bildirirlər. Sürücülər deyir ki, avtomobillə bir neçə kilometr məsafə qət etdikdən sonra mühərrikdə titrəmələr yaşanır və avtomobilin sürət götürməsində problem yaranır.
Avtosfer.az məsələ ilə bağlı araşdırma aparıb. Ekspertlər hesab edir ki, benzinin keyfiyyət məsələsində o qədər də dəyişiklik yoxdur.
Ümumiyyətlə götürəndə əksər hallarda Azərbaycanda istehsal edilən yanacağın keyfiyyəti ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxır. Bu da ondan qaynaqlanır bir sıra hallarda yerli nəzarət qurumları öz fəaliyyətini effektiv təşkil etmirlər. Yaxud da hansısa formada bu məhsulların keyfiyyətinə davamlı nəzarəti təmin etmirlər. Nəticədə müəyyən müddətdən sonra istehsal prosesində texnoloji avadanlıqların keyfiyyətinin dəyişilməsi və ya məsuliyyətsizlik nəticəsində nöqsanlar ortaya çıxır. Yaxud da istehsaldan sonrakı prosesdə, yəni birbaşa olaraq pərakəndə satış məntəqələrində hansısa formada daha çox mənfəətin əldə olunması məqsədilə digər qatqılardan, daha aşağı oktanlı yanacağın qarışığı təklif edilir. Nəticədə isə vətəndaşlar yanacağın keyfiyyətindən şikayətlənirlər.
Avtomobil ustaları isə bunun səbəbini başqa amillərdə görür. Ustalar deyir ki, son aylarda avtomobil yağlarının qiyməti xeyli artıb. Ona görə də sürücülər, məsələn, yanacaq filtrini 5 min kilometrdən bir dəyişmək əvəzinə, 10 min kilometrdən sonra dəyişir. Yağı da eyni 5 min yox, 8 min kilometrdən sonra dəyişirlər. Bütün bunlar da problemlər yaradır.
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












