“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

Son zamanlar “Bolt” və “Uber” taksi şirkətlərindən şikayətlərin sayı getdikcə çoxalır. Şikayətlər həm müştərilərdən, həm də sürücülərdən gəlir. Narazılıq sürücülər və müştərilər arasında uçurumun yaranmağına səbəb olur. Əvvəllər həm “Uber”, həm də “Bolt” şirkətlərində taksi sürücüsü çalışan Emin Hüseynov narazılıqlarını Medianews.az-a bildirib. O qeyd edib ki, heç bir şirkətin təklifləri qane etmədiyi üçün artıq onlarla çalışmır:
““Bolt” şirkəti “Uber”in yanında şükürlüdür. Amma hər ikisində də qiymətlər çox aşağıdır. Həmçinin keyfiyyətsiz müştərilər var. Onlar bizi aldadırlar. Məsələn, taksi sifariş verir, ünvana çatana yaxın imtina edir. Biz də həm vaxtımızı, həm pulumuzu, həm enerjimizi itiririk. Qiymətlər sərf etmədiyi üçün keyfiyyətsiz yollarla da getmək sərf etmir. Hələ bəzən şirkət müştəriyə promokod verir, onlar da qəpik-quruş verib düşürlər. Burada yalnız qazanan şirkət və müştərilərdir. Hətta bəzi müştərilər bizə qarşı təhqiramiz davranırlar”.
Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı təkmilləşdirmə işlərinə böyük ehtiyacın olduğunu qeyd edib:

“Taksi fəaliyyəti ilə bağlı hüquqi bazaya doğru addımlamaq lazımdır. Hüquqi baza müəyyən bir formada var. Lakin onu daha da təkmilləşdirmək lazımdır. Bunun üçün ilin əvvəlində Bakı şəhərində taksi modelinin təkmilləşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən fərman verilib. Eyni zamanda Baş nazir tərəfindən də sərəncam imzalanıb. Bu model Bakı şəhərində tətbiq edildikdən sonra digər rayonlarımıza da şamil ediləcək. Bu qərardan artıq 8 ay keçib. Amma bununla bağlı hələ heç bir iş görülməyib. Yenə də biz bilirik ki, bu göstərişlər verilibsə, deməli gec-tez məsələ öz həllini tapacaq”.
Ekspert həmin xarici şirkətlərin azərbaycanlı sürücüləri istismar etdiyini vurğulayıb:
“Taksi sürücülərinin istismar olunmağının qarşısı alınmalıdır. Taksi fəaliyyətində vahid qiymət siyasəti yürüdülməlidir ki, narazı tərəf qalmasın. Aşağı və yuxarı hədlər müəyyənləşdirilərsə, sürücülər xarici şirkətlərin quluna çevrilməyəcəklər. “Uber” və “Bolt” şirkətləri ölkədə monopoliya yaradıb, bazarda hegemonluq edirlər. Hamıya da məlumdur ki, həmin şirkətlərin arxasında erməni iş adamları dayanıb. Erməni iş adamlarına arxalanıb burada at oynatmaları biabırçılıqdır. Aidiyyatı qurumlar bu işə ciddi yanaşmalıdırlar. Bu məsələ ilə bağlı dövlət səviyyəsində iş görülməlidir”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











