B kateqoriyalı sürücülük vəsiqəsi olanların diqqətinə - Hansı halda cərimə yazıla bilər?

“B” kateqoriyalı sürücülük vəsiqələrində avtomatik transmissiyalı minik avtomobilləri ilə bağlı qeydin yanlış şərh edilməsi ilə bağlı fikirlər yayılmaqdadır.
Əvvəla bu məsələ yeni deyil. "Yol hərəkəti haqqında" qanunun 35-ci maddəsinə 6 il bundan əvvəl – 2016-cı ildə edilmiş dəyişikliyə əsasən, “B” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək istəyən şəxs qabaqcadan deyə bilər ki, mən avtomatik transmissiyalı minik avtomobilində təcrübi imtahan vermək istəyirəm. Bu halda ondan təcrübi imtahan avtomatik transmissiyalı minik avtomobilində götürülür və onun vəsiqəsində xüsusi qeyd yazılır ki, bu şəxs yalnız avtomatik transmissiyalı minik avtomobilini idarə edə bilər. Lakin şəxs belə arzu ifadə etməzsə, ondan təcrübi imtahan mexaniki transmissiyalı minik avtomobilində götürülməli və ona heç bir xüsusi qeydi olmayan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilməlidir. Belə vəsiqəsi olan şəxs həm mexaniki, həm də avtomatik transmissiyalı minik avtomobilini idarə edə bilər.
Ona görə də kimin ki, sürücülük vəsiqəsində “B” kateqoriyası ilə bağlı hər hansı bir xüsusi qeyd yoxdursa, onlar heç bir məhdudiyyətsiz həm mexaniki, həm də avtomatik transmissiyalı minik avtomobilləri idarə edə bilərlər.
Qeyd etdiyimiz kimi, bu dəyişiklik 6 il əvvəl qəbul edilib və təxminən 2017-ci ildən başlayaraq tətbiq edilməkdədir. Ona görə də bu dəyişikliyə qədər “B” kateqoriyalı sürücülük vəsiqəsi almış şəxslər heç bir məhdudiyyətsiz həm mexaniki, həm də avtomatik transmissiyalı minik avtomobilini idarə edə bilərlər.
Cərimə məsələsi isə belədir: əgər vəsiqəsində yalnız avtomatik transmissiyalı minik avtomobilini sürmək hüququna dair xüsusi qeyd olan şəxs mexaniki transmissiyalı minik avtomobili sürərsə, o sürücülük hüququna uyğun olmayan nəqliyyat vasitəsi idarə etdiyinə görə 100 manat cərimə oluna bilər (İXM-in 332.2-ci maddəsi üzrə). Amma öz istəyi ilə belə xüsusi qeydli vəsiqə alan şəxsin mexaniki transmissiyalı minik avtomobili sürəcəyi inandırıcı deyil. Yəni belə hala görə cərimələnmə praktiki olaraq əhəmiyyətsidir. Elə bu səbəbdəndir ki, indiyədək buna görə cərimə yazılmasını eşitməmişik.
Ərşad Hüseynov,
hüquqşünas
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










