Bakı metrosunda yaranan sıxlıqda BNA-nın da günahı var - Nəqliyyatı bu cür idarə etmək olmaz
Yazarlar
1 Dekabr 2022 13:27

Son günlər ictimai nəqliyyatda yaranmış problemlər getdikcə özünü daha da ciddi biruzə verir. Belə ki, əgər əvvəllər təkcə paytaxtda marşurut avtobuslarında sıxlıq müşahidə edilirdisə, hazırda Bakı metrosunda da anoloji problem yaranır. İctimai nəqliyyata cavabdeh qurumlar şəhərdə sıxlığın qarşısının alınması üçün sərnişinləri avtomobillərdən az istifadə etməyə, metroya üstünlük verməyə çağırsalar da son günlər metrodakı sıxlıq heç də bunun problemin həlli üçün çıxış yolunun olmadığını göstərir. Bakıda nəqliyyat infrastrukturunun inkişafı üçün Bakı Nəqliyyat Agentliyinin gördüyü işlər problemin həlli üçün yetərli olmadığını, əksinə işlərin layihələndirilmədən həyata keçirildiyini üzə çıxarır.

Qeyd edək ki, iki il öncə 10-a yaxın qəsəbədən paytaxta daxil olan avtobusların bir məntəqədə cəmləşməsi üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi. Lakin problem elə bundan sonra yarandı. Avtobusların həmin ərazidə cəmləşməsi nəqliyyat axınına da təsir edərək tıxaclar yaratdı. Gündəlik orta hesabla 200.000-dən çox insan bu mübadilə mərkəzindən istifadə etməsi nəzərdə tutulmuşdu. Nəzərə alsaq ki, bu sayda insan “Koroğlu” metrostansiyasından istifadə edəcək, onda stansiyada sıxlığın yaranacağı labüd idi. Hazırda da bu səbəbdən həmin stansiyada sıxlıq yaranır.

Onu da qeyd edək ki, metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə qədər yol uzun olduğu üçün günün isti və ya soyuq vaxtlarında sərnişinlərə gəlmək çətin olduğundan xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulsa da bu da həyata keçirlmədi.
Bu problemlərlə bağlı nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik. Ekspert ucnoqta.az-a açıqlamasında bildirdi ki, BNA-nın plansız həyata keçirdiyi işlərdən biri də budur:

“Təhlil aparılmadan qəbul etdikləri qərarın acı nəticəsində belə problemlər yaranır. Belə layihələrin həyata keçirilməsi dünya praktikasında da var, yaxşıdır. Lakin cavabdeh qurumların əlaqəli işləməməsi, avtobus və metro arasında intervalın düzgün müəyyənləşdirməməsi sonradan həlli mümkün olmayan ciddi problemlərə səbəb olur. Qəsəbələrdən gələn sərnişin avtobuslarını şaxələndirmək, digər yaxın metrostansiyalara yönləndirmək “Koroğlu” metrosunun yüklənməsinin qarşısını ala bilərdi. Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün layihələndirilməyən bu iş metroda insan sıxlığına, həmçinin prospektdə nəqliyyatın hərəkətində çətinlik yaradır”.
Oxunub : 2150
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












