"Bakı şəhərinin yol infrastrukturu tab gətirmir" - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“ Küçə və prospektlərdə nəqliyyat axını çoxdursa bunu mütləq şəkildə tənzimləmək lazımdır. Bunun üçün yol polisi əməkdaşları artıq gücləndirilmiş iş rejimində çalışırlar. Onlar hərəkətin tənzimlənməsini həyata keçirdirlər”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Nəqliyyat eksperti qeyd edib ki, bəzi məsuliyyətsiz valdeyinlər məktəbin ətrafında harda gəldi saxlayırlar: “Bu da nəqliyyatı iflic vəziyyətinə salır. Bunun üçün bəzən valdeyinləri də qınamaq olmur. Amma hansısa bir formada çıxış yolu olmalıdır. Avtobusların sayının artırılması vacibdir. Uşaqların yalnız yaşadıqları ərazi üzrə məktəbə qəbulu önəmlidir. Misal olaraq Yasamal rayonu ərazisində yaşayan uşaq Səbail rayonunda, Bayıl qəsəbəsində, Binəqədidə məktəbə gedirsə o zaman təbii ki, həmin şagirdin məktəbə getməsi üçün nəqliyyat lazımdır. İctimai nəqliyyatda bərbada vəziyyətdə olduğu üçün valideyin artıq məcbur qalıb avtomobil alır və ya taksi tutur. Belə olduğu halda da ölkədəki nəqliyyat intensivləşir. Bakı şəhərində də yol infrastrukturu elədir bu qədər nəqliyyat axınına dözmür. Bu gün 1 milyon 500 min avtomobil nəqliyyat vasitəsi Azərbaycanda qeydiyyatdadır. Onun 800 mini bakı şəhərinin payına düşür, 600 mini isə rəsmi qeydiyyatdadır. 200 mini isə əlavə olaraq bölgələrdən daxil olur. Təbii ki, bu yükədə Bakı şəhərinin yol infrastrukturu tab gətirmir. Bu barədə ciddi şəkildə düşünmək lazımdır, kənar dairəvi yollar qurulmalı və nəqliyyat inkişaf etdirilməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












