Bakı tıxacların cəngində: Daha da pis olacaq – EKSPERT - FOTO

Əvvəl Bakıda tıxacların bəlli saatları olurdu. Ancaq indi günün istənilən saatında, istənilən yolunda tıxaca düşmək mümkündür.
Bu sözləri Tribuna.Az-a nəqliyyat eksperti Elməddin Muradlı günün əksər saatlarında yollarda müşahidə edilən sıxlıq və tıxacdan danışarkən deyib.
E.Muradlı bildirib ki, əvvəl hamı planını tıxac saatına görə qururdu ki, yollarda qalmasın:
“Ancaq indi belə bir şey mümkün deyil Bakıda. Günün istənilən saatında, istənilən yolunda tıxaca düşmək mümkündür. Bu bəzi günlərdə daha acınacaqlı hal alır, bəzi günlərdə isə adı sıxlıq kimi müşahidə edilir. Sizə deyim ki, bu, təkcə Bakı şəhərinə aid deyil. Framsanın paytaxtı Paris şəhərində də belə bir araşdırma aparılıb ki, həftənin tək günləri şəhərdə tıxac olmur, cüt günləri isə dəhşətli tıxac yaşanır. Parisdə bunun qarşısını almaq üçün artıq plan da hazırlanıb və qərara alınıb ki, uzaqdan idarəetmə və onlayn iş sisteminə keçirilsin. Bakıda da artıq hansısa tədbir görülməlidir. Çünki yollardakı vəziyyət acınacaqlıdır”.
Növbəli iş sisteminə keçirilməli, bir çox müəssisələrin iş saatı tənzimlənməlidir:
“Yük avtomobillərinin səhər saatlarında şəhərə girişi məhdudlaşdırılıb artıq. Mən təklif etmişdim ki, firma maşınlarının da səhər saatlarında şəhərə girişi məhdudlaşdırılsın. Bir də görürsüz, günün günorta vaxtı Xırdalandan bir içki sirnasının maşını şəhəri fırlana-fırlana mal paylayır. Bunu axşam saat 10-dan səhər 7-yə qədər də eləmək olar”.
Ekspert bildirib ki, qabaqlayıcı tədbirlər görülməsə il ötdükcə vəziyyət daha da pis hal alacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













