“Başdaşı"mız olan sürüşkən MƏRMƏR: “İcra hakimiyyətlərinin marağı təmin olunur” - ŞƏRH

“Necə olur ki, kasıbı bir ev tikməsinə iyirmiyə yaxın qurum qarışır, ancaq hansısa varlı sahibkarın obyektinin qarşısına təhlükəli material döşəməsinə göz yumulur?”
Bunu səkilərdə istifadə olunan sürüşkən mərmərin yağan qar səbəbilə saçdığı təhlükəli vəziyyətə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, şəhərsalma qaydalarına nəzarət olunmur:
“Yol kənarında ticarət və iaşə obyektləri tikilir. Təmir tikinti sahəsində konkret standart olmadığına görə hər kəs istədiyi materialdan istifadə edir. Kimin ağlına nə gəlir, onu da reallaşdırır. Bakıda səkilərin hündürlüyündən tutmuş, sürüşkən materialdan istifadəyə qədər hər biabırçılığın şahidi oluruq. Vəziyyətin bu həddə çatması şəhərsalmaya nəzarətin zəif olmasından qaynaqlanır.
Dəfələrlə sürüşkən döşəmə səbəbindən neçə nəfərin qol-qıçının sındığının şahidi olmuşam. Şəhərsalmaya nəzarət edən aidiyyatı qurumlar piyada təhlükəsizliyinə riayət etməlidir.
Mövcud vəziyyət aidiyyatı qurumların gözü qarşısında baş verir. Necə olur ki, kasıbın dalda bir yerdə ev tikməsinə iyirmiyə yaxın qurum qarışır, ancaq hansısa varlı sahibkarın obyektinin qarşısına təhlükəli material döşəməsinə göz yumulur?
Görünür ki, rayon icra hakimiyyətlərinin, mənzil-kommunal istismar sahələrinin müəyyən maraqları təmin olunur”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










