Benzinin bahalaşması bu avtomobillərə tələbi artıracaq - AÇIQLAMA

Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinlərin bahalaşmasının avtomobil bazarında və taksi xidmətlərində qiymətlərə təsir imkanı məhduddur. Sfera.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov benzinin bahalaşmasının mümkün təsirlərini şərh edən zaman bildirib. E.Cəfərov xatırladıb ki, yüksək oktanlı benzinlərdən əsasən Azərbaycana idxal edilən yeni avtomobillərdə istifadə edilirdi. Onun fikrincə, “Aİ-95” markalı benzinin bahalaşması yeni avtomobil bazarında qiymətlərin kəskin artmasına və ya azalmasına gətirib çıxarmayacaq.
E.Cəfərov yeni qiymətlərin ikinci əl avtomobil bazarına təsir edəcəyini düşünür: “İkinci əl avtomobil bazarında “Aİ-95” markalı benzinlə işləyən avtomobillərə tələb azala bilər. Amma tələbin azalması qiymətləri nəzərəçarpacaq dərəcədə azaltmayacaq. Yüksək oktanlı yanacağın bahalaşması ölkəmizdə dizel və hibrid avtomobillərə tələbi artıracaq. Eyni zamanda mühərrik həcmi kiçik olan avtomobillərə də tələb yüksələcək”.
Ekspert hesab edir ki, benzinin bahalaşmasının mənfi təsirləri də olacaq: “Arzu edilməyən hal odur ki, benzinin qiyməti yüksəldikcə, dizel avtomobillərə tələb artır. Dizel mühərriklə təmin edilən avtomobillərdən atmosfer havasına atılan qazların miqdarı daha çox olur. Buna görə də onlardan daha çox istifadə atmosfer havasının çirklənməsini artırır”.
E.Cəfərov yüksək oktanlı benzinlərin bahalaşmasının taksi xidmətlərində bahalaşmaya səbəb olmayacağını da bildirdi: “Taksi xidməti üçün istifadə edilən avtombillərin böyük hissəsi ya dizel, ya da hibrid mühərrik sistemi olan nəqliyyat vasitələridir. Hibrid avtomobillərdə əsasən “Aİ-92” markalı benzindən istifadə edilir. Buna görə də yüksək oktanlı benzinlərin bahalaşması taksi xidmətinin dəyərinə təsir imkanı yoxdur”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











