Beton yolun təmirinə görə ödənişli avtomobil yolunda müvəqqəti hərəkət təşkil edilə bilərmi?
Bildiyiniz kimi hazırda Bakı-Quba beton yolun söküntüsü işləri aparılır.
Press.az-ın xəbərinə görə yolun əsasən Quba-Bakı istiqaməti daha bərbad olduğundan beton hissənin söküntüsü məhz bu burada aparılır.
Avtomobillər isə yolun Bakıdan Quba istiqamətində olan hissəsində iki tərəfli hərəkətlə gedib gəlmək məcburiyyətindədirlər. Eyni zamanda yolda ötmə əməliyyatı etmək çox təhlükəli olduğundan qadağanedici nişanlarda quraşdırılıb. Qadağalara baxmayaraq yolda ağır yol qəzaları baş verir, və ölüm hadisələri çoxalır.
Bəs bu kimi ağır yol qəzalarının qarşısını almaq üçün, alternativ planlar üzərində çalışılırmı? Və ya həmin beton yolda yalnız yük avtomobillərinin hərəkəti təmin edilməklə, minik avtomobillərinin yeni çəkilən (M-1 Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhəddi yolu) ödənişli yolla hərəkəti təşkil edilə bilərmi?
Bu kimi suallara nəqliyyat üzrə ekspert Elməddin Muradlı Press.az-a açıqlamasında bildirib ki, həmin yolda təmin işləri ilə əlaqədar bir hissədə iki tərəfli hərəkət təmin edilib:
"Qaydalar çərçivəsində hər bir təhlükəsizlik təmin edilib. Sadəcə səbirsiz sürücülər dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq təhlükəli olsada ötmə əməliyyatı edirlər. Söküntü işləri aparılan yerlər elədə böyük hissə deyildir. Yəni bu hissələrdə nəqliyyat axını ilə hərəkət etmək bizim elədə vaxtımızı aparmır. Müəyyən bir hissədə təhlükəsizlik tədbirlərini əməl etmək tövsiyyə edilir. Yol Polisi əməkdaşlarıda məhz bu hissələrdə ciddi tədbirləri həyata keçirir, yol boyu gediş-gəlişə nəzarət edirlər. Lakin çox təəssüflə qeyd edirəm sürücülər yalnız Yol Polisi əməşlarını və xüsusi nəzarət kameralarını gördükdə qayda pozmurlar. Yaxşı olardı ki, Yol Polisi əməkdaşları dayanmadan nəqliyyat axını ilə hərəkət etsinlər. Bu kimi hallarda ağır qəzalarında qarşısını qismən almaq olar.
O ki qaldı ödənişli yola, həmin yol tam olaraq istismara verilməyib. Yolun yaxın günlərdə istifadəyə verilməsi gözlənilmir." - deyə Elməddin Muradlı qeyd edib.