Bələdiyyə sədrləri, icra başçıları torpaqları satır, yersiz tikintilərə göz yumurlar - Ekspert

“Bizdə bu texnologiyaların, müasir nəqliyyat sisteminin tətbiqi hazırda bəzi küçə və prospektlərdə mümkündür. Amma ümumilikdə şəhər üzrə bunu tətbiq etmək mümkün deyil. Çünki şəhərdə tikilən binaların sayı hər gün artır, məmurlar isə buna göz yumurlar”. Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı deyib: “Bəzi rayonlarda bələdiyyə sədrləri, icra başçıları torpaqları satır, yersiz tikintilərə göz yumurlar. Görürsən ki, kasıb iki otaqlı ev tikir, neçə qurum gəlir. Hansısa məmur bina tikdirəndə isə kimsə onu “görmür”. Ona görə də yol infrastrukturu çökür, yolları genişləndirmək, inkişaf etdirmək mümkün olmur. Azərbaycanda avtobus zolaqları ilk dəfə olaraq Bakıda çəkilmişdi. Biz təklif etmişdik ki, mövcud yol şəbəkəsinin hesabına yox, yeni zolaq salmaqla bunu həyata keçirsinlər. Bakı Nəqliyyat Agentliyi (BNA) təkid etdi ki, elə mövcud yol şəbəkəsinin hesabına bunu edə bilərik. Bunun nəticəsidir ki, digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaranır.
Dünyanın bir çox ölkələrindən nümunə gətirə bilərik. Onların yol infrasturukturuna baxsaq, onların bir küçəsi bizim iki küçəmiz boydadır. Bu özünü istər yolun eninə görə, istərsə də zolaqlarına görə quruluşunda göstərir. Yəni bu yollar nəzarət altında olur. Heç kəs yol kənarlarına dönərxanalar, klinikalar tikməyib. Amma bizdə özbaşınalıqdır. Ona görə də bu gün şəhər boğulur”.

Ekspert bildirib ki, artıq yol infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı bir sıra layihələr irəli sürülüb:
“Artıq avtobus zolaqları ilə bağlı aidiyyatı qurumlarla 3 dəfə müşavirə keçirilib. Bəzi küçələrdə yol kənarındakı ağacları köçürüb, yolları genişləndirmək istəyirlər. Digər tərəfdən, bəzi küçələrdə tramvay xətlərinin tikilməsi, metro şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Bakı-Sumqayıt arasında metrobus yaratmaq da qarşıda reallaşa biləcək layihələr sırasındadır. Artıq bu problemin həlli üçün ciddi layihələr ortaya qoymağa başlayıblar. Bir sıra qurumlar bu işə cəlb olunub. Düzdür çox gecikiblər. Çünki biz əvvəldən deyirdik ki, şəhər boğulacaq. Bu il isə artıq bu boğulmanın baş verməsinin şahidi oluruq”.
Sulh.info.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












