Banner

"BNA vaxtında işini düzgün qurmadığı üçün "Bakubus"ın avtobusları Hövsanda çürümək üzrədir"

Yazarlar 23 İyun 2022 18:35 Oxunub 1632
"BNA vaxtında işini düzgün qurmadığı üçün "Bakubus"ın avtobusları Hövsanda çürümək üzrədir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, demək olar ki, dondurulub. Bunun səbəbləri isə müxtəlif ola bilər. BNA artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə keçib. Ola bilsin ki, təhvil-təslim prosesi ilə bağlı müəyyən işlər görülür və buna görə də qurumun fəaliyyətində ləngimə baş verir. Amma hərəkətin təşkili və təhlükəsizliyi, ictimai nəqliyyata nəzarət, taksi fəaliyyəti və digər bu kimi məsələlər qurumun səlahiyyətində olan məsələlərdir. Ona görə də öz işlərini davam etdirməlidirlər. Bəlkə də tam təhvil-təslim prosesindən sonra qurum aktiv fazaya keçəcək, amma bu gün onların fəaliyyəti arzuolunan bir vəziyyətdə deyil. Bu vəziyyətin isə belə davam etməsi xoş mənzərə yaratmır, çünki hazırda taksilərin, avtobusların fəaliyyəti xaos içərisindədir. Burada əsas məsələ ondan ibarətdir ki, BNA ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən bir qurum olaraq avtobusların gətirilməsi, onların xəttə buraxılması, normal hərəkətin təmin edilməsini həyata keçirməlidir.”

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

E.Muradlı qeyd edib ki, bu gün ictimai nəqliyyatın fəaliyyəti biabırçı vəziyyətdir: “Sərnişinlər yollarda qalır, evlərinə vaxtında gedib çata bilmirlər. Pik saatlarda avtobusların sayı azalır. Vaxtilə BNA-nın elan etdiyi tenderdə qalib gələn “BakuBus”ın bir marşrutu üzrə 10, yaxud 15 avtobusdan ibarət tərkib xəttə çıxmalıdırsa, bunun yalnız yarısı xəttə çıxır. Səbəb isə odur ki, BNA vaxtında işini doğru-düzgün qurmadığı üçün o avtobusların 300-ə yaxını sıradan çıxıb və hazırda Hövsanda qarajda çürümək üzrədirlər. Bir avtobusu söküb başqasına ehtiyat hissəsi kimi yığıblar. Belə əməllər nəticəsində də hazırda 300-ə yaxın avtobus işlək vəziyyətdə deyil. Halbuki bu avtobuslar pik saatlarda minlərlə sərnişini rahat və vaxtında evlərinə çatdıra bilərdilər. Buna görə də düşünürəm ki, Agentliyin fəaliyyətinə bir daha baxılmalı və təkmilləşmə işi aparılmaldır. Agentliyə aidiyyatı olmayan məsələlər, səlahiyyətlər alınmalıdır. Konkret tapşırıqlar qoyulmalıdır ki, o nə iş görməlidir və o işlərə də praqmatik yanaşma nümayiş etdirmək lazımdır. Yoxsa bu gün bir fikir ağlıma gəldi onu edim, sabah başqa bir fikrə düşüm... Əlbəttə, bunların effekti olmur və həmişə zərərlə başa çatır. Avtobuslara quraşdırılan kart sistemi bəzən işləmir, taksi fəaliyyəti, ictimai nəqliyyat bərbad vəziyyətdədir. Yaxşı bəs onda BNA nə iş görür? Düzdür onların gördüyü müəyyən müsbət işlər də var. Məsələn, pandusların yaradılması, piyada səkilərinin bir hissəsinin qaydaya salınması, eləcə də hərəkətin təşkili ilə bağlı müəyyən uğurlu dəyişikliklər həyata keçiriblər. Amma yol ayırıcılarına sarı torlar çəkirdilər onların sonu nə oldu? Heç nə...İndi onların əksəriyyəti silinib, heç görünmür də. Bəzi hallarda onlara heç əhəmiyyət verən də yoxdur. Ona görə də əgər bu işlər görülürsə, mütəmadi olaraq görülməli və davamlı şəkildə inkişaf etdirilməlidir. Yoxsa bu gün üçün layihə keçirdim, beş aydan sonra o artıq mənə lazım deyil... Bəs onda pullar bu işlərə niyə xərclənir?”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh