Bu avtomobillər Bakını “hibrid qəbiristanlığı”na çevirəcək - Vəziyyətdən necə çıxaq?

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, yanvarın 1-dən iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılıb, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən, elektrik mühərrikli avtomobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-dən azad olunub. Bəs, 5 aydır qüvvəyə minən qərar ötən dövr ərzində avtomobil bazarına necə təsir edib?
Mövzu ilə bağlı publika.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, yanvar ayından tətbiq olunan güzəşt müsbət təsirlərini göstərməkdədir: “Elektromobillər üçün o qədər də geniş imkanlarımız yoxdur, infrastruktur, enerji doldurma məntəqələri və s. öz həllini tapmayıb və bu, hələ də problem olaraq qalır. Ona görə də elektrik mühərrikli avtomobillərə maraq çox azdır. Ancaq hibrid avtomobillər kütləvi şəkildə ölkəyə gətirilir. Hibridlərin ölkəyə gətirilməsinin rəsmi dillerlər vasitəsilə həyata keçirilməsi yaxşı haldır. Lakin təəssüf ki, fərdi qaydada köhnə hibrid “Toyota Prius” avtomobilləri də gətirilir. Bu, heç xoş mənzərə deyil və ağır fəsadlarını bir müddət sonra yaşayacağıq, onlar “hibrid qəbiristanlığı”na çevriləcək. Çünki bu növ avtomobillər müxtəlif ölkələrdə artıq istifadəyə yararlı deyil, yəni atılıb və həmin dövlətlər onun daha müasir variantına keçir”.
E.Muradlı vurğulayıb ki, hazırda avtomobil bazarında qismən qiymət artımı müşahidə edilir:
“Bu, taksiyə yarayan, daha böyük və köhnə olan hibrid avtomobillərin çox gətirilməsi ilə bağlıdır. Tələbat artdıqca, qiymətlərdə də müəyyən təsirlər özünü göstərir. Təəssüf ki, Azərbaycanda bazar alverçilər tərəfindən tənzimlənir, onlar istədikləri zaman qiyməti qaldıra və ya aşağı sala bilir, süni qiymət artımı yaradırlar. Belə məsələlərə dövlət tərəfindən nəzarət olunsa, çox yaxşı olar”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












