"Bu deputatlar çox səfeh, savadsız və hazırlıqsızdır" - Fazil Mustafadan ETİRAZ

Yazarlar 25 Oktyabr 2024 23:42 Oxunub 526
"Bu deputatlar çox səfeh, savadsız və hazırlıqsızdır" - Fazil Mustafadan ETİRAZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana sataşmaq Avropanın "hobbi"sinə çevrilib. Belə ki, Avropa Parlamenti “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qərəzli qətnamə qəbul edib. Niyə Qərb gerçəklərdən qaçaraq, Azərbacana qarşı belə ittihamlar sürür?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu bəyanatın heç bir müddəasının hüquqi zəmini yoxdur, sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır.

"Bununla bağlı bizim partiyanın bəyanatı da var. Bu deputatlar çox səfeh, savadsız, hazırlıqsızdır. Bunlar necə layihə verirlər, bunu necə qəbul edirlər? Dağlıq Qarabağ harada var? Artıq belə ifadə yoxdur. Bir dövlət öz ərazi müstəqilliyini bərpa edib, bütövlüyünü bərpa edib. Orada da özü inzibati ərazi quruluşu ilə bağlı konstitusiyanın qərarı var. Bu, Fransanın tərkibində hansısa bir Burqund krallığı, yaxud da ki, İngiltərənin tərkibində hansısa bir Hersoqluq icad etmək kimi bir şeydir. Belə bir axmaq bir yanaşma olmaz. Ona görə də bu, olduqca səfeh olduqca mənasız bəyanatdır və bu bəyanatın da heç bir müddəasının hüquqi zəmini yoxdur. Sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır. Ona görə də Azərbaycan hər hansı bir şəkildə bu kağız parçasını qəbul etmir və burada da hər hansı bir Azərbaycana öhdəlik yaradan məqam ola bilməz. Ona görə biz bunu qətiyyətlə pisləyirik və Avropa İttifaqının bu qədər səviyyəsiz bir vəziyyətə gəlib düşməsinə acıyırıq", - deyə deputat fikrini yekunlaşdırdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh