“Bu gün üçün o postların böyük əhəmiyyəti var“ - EKSPERT DANIŞDI

“İstosionar postlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarının ofisidir. Sürücülərə qarşı neqativ hallar baş verirsə bunu araşdırmaq olar”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, polislər orada boş zaman itirmirlər: “Həmin polislər yüzlərlə qanunsuz saxlanılan silahın yığılmasına nail olurlar. Ötən il 1000-dən çox narkotik istifadəçisi olan sürücü aşkarlanıb. Onlar barədə qanuna uyğun tədbirlər görülüb. Bu, o deməkdir ki, yüzlərlə qəzanın, hadisənin qarşısı alınıb. Qanunsuz saxlanılan silah-sursatın yığılması ilə bağlı çox ciddi işlər görülür. Unutmamalıyıq ki, bir sihalın aşkar edilməsi bir cinayətin qarşısının alınması deməkdir. Narkotikin, psixatrop maddənin təsiri altında olan bir sürücünün aşkarlanması bir hadisənin qarşısının alınması deməkdir. Bəlkə nə vaxtsa o postlar ölkəmizə lazım olmayacaq, amma bu gün üçün o postların böyük əhəmiyyəti var. Yol patrul xidməti haqqında təlimata görə, yol polisinin istosionar postlarda sürücünü saxlaması, sənədləri yoxlaması tam qanuna uyğun bir haldır.
Buna narazılıq edənlər nizam-intizama uymayanlardır. Onlar istəyirlər ki, polis nəzarəti olmasın, postlar olmasın. Biz hələ o səviyyədə deyilik. Ona görə bu postlar lazımdır. Qayda pozmayan şəxsin bununla bağlı narahatlığı olmamalıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












