Dayanacaqlarda ödəniş terminallar niyə quraşdırılmır? - ARAŞDIRMA
Vətəndaşların çoxsaylı şikayətlərindən biri də dayanacaqlarda ödəniş terminallarının olmamasıdır. Sərnişinlər kartlarına ödənişi metro stansiyalarında yerləşən terminallardan və ya xeyli piyada yol gedib uzaq məsafəli yerlərdən etməyə məcbur olurlar.
Terminalın saxlanmasına və hesab qəbuledicilərinin təmirinə böyük əhəmiyyət verilməlidir. Xidmət şirkətlərinin işçiləri cihazın arxa divarına sərbəst girişi təmin etmək üçün vaxtaşırı nəzarət etməsi lazımdır. Belə ki, yolboyu dayanacaqların bir neçəsində “Milli ÖN” ödəmə aparatı olmadığından, sənişinlər avtobusa ödəniş etməkdə çətinlik yaşayırlar.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev SİA-ya açıqlamasında qeyd edib ki, hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir: “Bakı Nəqliyyat Agentliyi hansısa bir avtobus xəttinin kart sisteminə qoşulmasını öncədən planlaşdırır. Bu müddət ərzində həmin marşurt xətti boyunca təhlillər aparılır. Ehtiyac olarsa, yeni dayanacaq məntəqələri təşkil edilir və onlara “Milli Ön” aparatları qoyulur.
"BakıKart"a ödənişlərin edilməsi iki sistemlə - "BakıKart" satış və yükləmə aparatlarında, həmçinin "MilliÖn" ödəmə terminalları vasitəsilə mümkündür. Avtobus dayanacaqlarında "MilliÖn", həm də "Bak kart" ilə sərnişinlər kartlarının balansını artırırlar. Tam əksinə əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərimizə "BakıKart"ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart"ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb. Nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimizə "BakıKart"ın balansını artımaq imkanı yaradılıb. Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn" və 50 ədəd "BakıKart" terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödənişetmə imkanları əhəmiyyətli dərəcə yaxşılaşıb, genişlənib. Yəni "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart" balansınızı da artıra bilərsiz".
Nəqliyyat eksperti Elməddin Muradlı isə SİA-ya açıqlamasında qeyd edir: "Bu sistemi Bakı Nəqliyyat Agentliyi tətbiq elədi və ölkəmizdə bir yenilik oldu. Kart sisteminə keçid baş verdi və bunu təkmilləşdirmək üçün müəyyən addımlar atsalar da bir effekti olmadı. Milyonlarla vəsait hesabına alınan ödəmə terminalları yoxa çıxdı. Sıradan çıxdıqdan sonra təmir edə bilmədilər. Çünki, onları aldıqları şirkətlə doğru düzgün müqavilə bağlamamış, düzgün şərtlər qoymamışdılar. Bu elə olan halda şirkət o avadanlıqlara vaxtında texniki dəstək göstərmədiyinə görə böyük əksəriyyəti sıradan çıxdı. Bakı Nəqliyyat Agentliyi də həmin avadanlıqları götürüb yəqin ki köhnə parkomatlar kimi hansısa zirzəmidə lazımsız əşya kimi saxlayır. Ona görə nəqliyyatın bu cür idarəetmə sistemi əlverişsizdir. İlk növbədə planlı şəkildə işlər görülməlidir. Fraqmatik yanaşma yoxdursa sözsüz ki effekti də bu cür olacaqdır. Bir neçə illik qısa müddətli layihələr heç vaxt effekt vermir və bunu onlar dərk edib başa düşməli idilər ki, o uzunmüddətli istifadə üçün nəzərdə tutulursa bunun texniki təminatı olmalıdır. İndi vətəndaşı metrolara yönləndiriblər, ya da onlayn qaydada bir sistem yaradıblar ki insanların çoxu da ondan istifadə edə bilmir. Ümumiyyətlə kart sisteminin tətbiqi yaxşı haldır, alqışlamaq lazımdır, amma yarımçıq kart sistemi tətbiq etməkdənsə etməmək daha yaxşıdır.
"PashaPay" MMC, Marketinq Kommunikasiyaları meneceri Tural Kərimovun sözlərinə görə, "MilliÖN" terminalları dayanacaqlardan tam yığışdırılmayıb, onlar dayanacaqlarda hələ də var. Lakin, terminallara xəsarət yetirilməsi, vandalizm, texniki nasazlıq və s. səbəblərdən onların bir hissəsi dayanacaqlardan yığışdırılıb təmir üçün göndərilib.
Bəs vətəndaşların problemi tezliklə həll olunacaqmı?
- "MilliÖN" terminalları ölkədə supermarketlər, mağazalar, yeraltı piyada keçidləri və s. yerlərdə qoyulub. 3200-dən çox terminalla vətəndaşlara xidmət göstərilir. Dayanacaqlardan terminallar yığışdırılsa belə, həmin dayanacağın həndəvərində olan nöqtələrdə, yaxınlıqdakı olan ticarət obyektlərində "MilliÖN" tərəfindən xeyli əlavə terminallar qoyulub ki, onların vasitəsilə rahatlıqla "Bakıkart" balanslarını artırmaq mümkündür. Hazırda "Bakıkart" öz rəsmi saytında balansı artırmaq üçün imkanlar təqdim edir.