Dənizdən yol salınması tıxac problemi həll edə bilərmi? – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Bakının tıxac probleminin həlli istiqamətində son günlər bir sıra təkliflər səsləndirilir. Milli Məclisin iclasında deputat Elşən Musayevin səsləndirdiyi təklif isə ekspertlərin uzun müddətdir ki, üzərində dayandığı məsələdir. Belə ki, deputat təklif edir ki, tıxaclarla bağlı problemi həll etmək üçün dənizdən istifadə etmək lazımdır.
Məsələ ilə bağlı tia.az – a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən təklifin reallaşması üçün böyük məbləğ lazımdır:
“Bu mövzu ilə bağlı vaxtilə mənim də fikirlərim olub, digər həmkarlarım da məsələ ilə bağlı təkliflər irəli sürüb. Dövlət tərəfindən də müəyyən addımların atılması barədə informasiyalar cəmiyyətə ötürülüb və aidiyyəti qurumlarla bu məsələnin müzakirə edildiyi bildirilib. Sonradan məlumat verildi ki, dəniz üzərindən hər hansı bir yolun çəkilməsi çox xərc tələb edir, bu prosesi başqa cür tənzimləmək lazımdır. Düşünürəm ki, başqa cür tənzimləmə dedikdə yol şəbəkəsi, küçələrin genişləndirilməsi nəzərdə tutulur. Bu da bu gün üçün əlverişli deyil. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, insanlar artıq dənizin altından metro çəkirlər. Bizdə isə dəniz üzərindən yol çəkilməsi təklif olunur. Mənim təklifim bundan ibarətdir ki, Bibiheybət – Lökbatan istiqamətindən Zığ qəsəbəsi istiqamətinə körpü çəkilməlidir. Körpünün ağ şəhərə də bir qanadı olmalıdır. Yəni Lökbatan – Bayıl istiqamətindən körpüyə daxil olduqda Neftçilər prospektini görmədən sola Babək prospektinə, birbaşa Heydər Əliyev prospektinə çıxa bilirik. Beləliklə nəqliyyatın axını davam edir. Neftçilər prospektinin alternativi yoxdur. Ona görə də şəhərin tən ortasından keçən yola alternativ yol yalnız dəniz üzərindən ola bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu barədə yenidən düşünəcək. Düzdür, bu, çox pul tələb edir, ancaq reallaşarsa, insanlar üçün faydalı yola çevrilə bilər”

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












