Dövrün yeni FƏLAKƏTİ – Bulvarda skuter sürənlərə bağlı niyə ölçü götürülmür?

Bayaq Bulvarda skuterlə "avtoşluq" edən bir canlı balaca uşağı vurdu. Uşağın ayağı qırıldı, atası da həmin canlının sifətini dağıdırdı. Bunlara görə axşam bulvarda normal gəzmək olmur...”
Bəli, düz oxudunuz demək olar ki, hər gün Bulvar ərazisində şikayətçinin qeyd etdiyi mənzərə ilə qarşılaşmaq artıq adi hal olmağa başlayıb. Skuter, velosiped sevdalıları yayın dadını çıxarmaq, açıq hava, dənizkənarı yerdə gəzməyi sevənlər üçün sözün həqiqi mənasında böyük problem mənbəyinə çevrilib.
Xaotik vəziyyətin qarşısının alınması, insanların sözügedən ərazidə rahat şəkildə hərəkət etməsi, təhlükəsizlik üçün niyə hansısa tədbirlər görülmür?
Suallarımızı cavablandırmaq üçün “Dənizkənarı Bulvar İdarəsi”nin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında son günlər anoloji hadisələrin baş verməsindən xəbərdar olduqlarını bildirdi:
“Dənizkənarı bulvarda skuterlər, velosiped istifadəçiləri üçün xüsusi zolaqlar ayrılıb. Bu zolaqlarda yəni, qadağanedici nişanlar olmayan ərazilərdə skuterlərin, velosipedlərin hərəkəti məhdudlaşdırılmır. Həmçinin bununla yanaşı hərəkətin qadağan edildiyi ərazilərdə var ki, oraya qadağanedici nişanlar yerləşdirilib. Qadağan olunan ərazilərlə hərəkət edən şəxslər Bulvarın müfahizə xidməti tərəfindən xəbərdarlıq edilir və onlara tövsiyyə xarakterli məlumatlar verilir.
Bu xəbərdarlıq həmçinin icazə verilmiş zolaqlarla yüksək sürətlə hərəkət edənlərə də şamil olunur. Bizim səlahiyyətlərimiz bu çərçivədədir. Bundan başqa qadağalar tətbiq etmək üçün qanunvericiliklə səlahiyyətimiz yoxdur. Biz yalnız xəbərdarlıq edərək, tövsiyə xarakterli məlumatlar vermək səlahiyyətindəyik”.
Nəqliyyat eksperti Elməddin Muradlı da mövzu ilə bağlı açıqlamasında Bulvar ərazisində ciddi şəkildə nəzarət işlərinin aparılmasına ehtiyac yarandığını deyib:
“Əvvəllər bulvar idarəsinin rəhbərliyi bu məsələlərə çox həssas yanaşırdı. Mühafizə xidməti böyük işlər görürdü, velosipedçilərin hərəkəti tənzimlənirdi. İndi isə mühafizə xidməti ilə yanaşı həm qadın, həm də kişi polis əməkdaşlar bulvar ərazisində xidmət göstərir. Düşünürəm ki, sözügedən ərazidə ciddi şəkildə nizam-intizamın yaradılmasına ehtiyac var. Bunu qurmaq elə də çətin deyil. Konkret göstərişlər verilməlidir və təhlükəsizlik məsələləri öz həllini tapmalıdır”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










