Duman faraları ilə bağlı qadağa ləğv edilməlidir - Faraların adi halda da yanması vacibdir

Bizim "Yol hərəkəti haqqında" qanunda bəzi gülməli və lazımsız məqamlar var. Elə mənasız məsələlər qanunda ilişib qalıb ki, adamı gülmək tutur. Məsələn, qanunun 73-cü maddəsi tələb edir ki, duman faralarından yalnız dumanlı havada, yağış-qar yağanda və ya digər buna bənzər hallarda istifadə etmək lazımdır. Yoxsa cərimə düşür. Yəni, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, 30 manat cəzası var.
Amma baxın görün dünyada nə baş verir? Son illər istehsal olunan avtomobillərin 95 faizində gündüzlər də led fənərlər yanır. Bəzilərində duman işıqları aktivdir. Mühərrik işə düşən kimi həmin işıqlar avtomatik yanır. O zaman bu mənasız qadağa nəyə lazımdır? Əksinə, duman faralarının və ya led fənərlərin yanması yol hərəkəti təhlükəsizli baxımından olduqca əhəmiyyətlidir. Ən azından digər nəqliyyat vasitələrinin sürücüləri faranı və ya fənəri daha tez görür və manevr zamanı daha diqqətli olurlar. Nə qədər olmasa da sağdan-soldan ötənləri, arxadan gələnləri daha tez görmük sürücü üçün faydalıdır.
Ümimiyyətlə, duman faralarının gündüz və ya gecə yanmasının, eləcə də dumanda yanıb-yanmamasının heç bir mənası yoxdur. Yəni bunu qanundan rəddə eləmək lazımdır. Dumanda istifadə tələbi mütləq olaraq qalmalıdır. Digər hallarda sürücülərə sərbəst seçim imkanı verilməlidir.
Deyə bilərəm ki, duman faralarının yanılı halda olması əksinə, yol hərəkəti təhlükəsizliyi baxımından faydalıdır.
Əminəm ki, duman farasını dumansız yolda qoşduğuna görə indiyədək hansısa sürücüyə cərimə yazılmayıb. Olsa da ildə bir-iki nəfərə yazıla, ya yazılmayadır. Belə olan halda belə mənasız tələbləri qanundan çıxarıb daha faydalı məsələləri əks etdirmək olar.
Gələn dəfə səs siqnalından istifadə ilə bağlı məsələyə toxunacam. Burada da qeyri-ciddi və mənasız tələblər var...
Elməddin Muradlı
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










