Sürücülük vəsiqəsini evdə unudan sürücünü cərimə etmək olarmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılıb. Məsələnin hüquqi tərəfini öyrənmək üçün nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. Ekspert Bakıvaxtı.az-a bildirdi ki, əgər nəqliyyatı idarə edən şəxsin sürücülük hüququ varsa və onun sürücülük vəsiqəsi varsa, Mərkəzi İnformasiya Sistemində öz əksini tapırsa, sürücünün cərimə olunması qanuni deyil:

“Belə olan halda sürücünü məsuliyyətə cəlb etmək nəzərdə tutulmur. Bununla bağlı qanunda edilən dəyişiklik artıq 2 ildir mövcuddur. Yəni əgər sürücünün vəsiqəsi yadından çıxıb evdə qalıbsa, buna görə ona cərimə yazmaq ədalətli deyil. Dünyanın bir çox ölkələrində bu təcrübədən istifadə olunur. Artıq sənədləri kağız daşıyıcıda vermirlər. Yəni sənədləri üstümüzdə daşımaq məcburi deyil. Çünki elektron sistem var, orda hər şey öz əksini tapır”.
Avtosfer.az bildirir ki, bu görüntülər bir neçə il əvvəl çəkilib və həmin vaxt vəsiqə üzərində olmadıqda sürücüyə cərimə yazılırdı. İki il əvvəl qanunda dəyişiklik edilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













