Hava Limanına giriş niyə ödənişlidir? - Ekspertlərdən münasibət

Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanına girişin ödənişli əsaslarla olması xeyli müzakirələrə səbəb olur. Həm Hava limanına girişin ödənişli olması, həm insanların parkinq ödənişini etməsi üçün saatlarla zaman gözləməli olması narahatlığa səbəb olur.
Avtosfer.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Ekspert Nazim Bəydəmirli:
“Əksər ölkələrdə hava limanlarına giriş bir neçə saatlıq ödənişsizdir. İnsanlar rahatlıqla şəxsi nəqliyyatdan istifadə edə bilirlər. Bizim hava limanının “özəlliyi” ondan ibarətdir ki, vətəndaşların büdcəsinə ziyan vurur. Toplanan vəsaitlərin də necə istifadə olunması məlum deyil. Bu gün də görürük ki, idarəetmədə ciddi problemlər mövcuddur. Bu gün öz hesabımda video paylaşmışdım. Sübh vaxtı orada o qədər növbə olmamalı idi. Parkomatların önündə böyük növbə var idi. Görünən o idi ki, onların bir neçəsi çalışmırdı. Hər kəs bu məsələdən narazıdır. Neçə dəfə də şikayət olunub. Vətəndaşlar bu cür süni yaradılan problemlərin tez bir zamanda aradan qaldırılmasını istəyir”- deyə ekspert bildirib.
Ekspert Elməddin Muradlı:
“Demək olar ki, bu məsələ ilə əlaqəli ölkədə çox adam haqlı olaraq narazıdır. Vətəndaş 5 dəqiqəlik parkinq üçün belə ödəniş etmək məcburiyyətində qalmamalıdır. Azal-dan sonra Dövlət Dəmiryolu da bu yola addım atdı. Bu məsələ bir daha nəzərdən keçirilməlidir. Bakıda bu kimi yerlər çoxdur. Bəzi yerlər ümumiyyətlə, vətəndaşlara qəbz belə vermir. Bu məsələ ilə bağlı ciddi tədbir görülməlidir”- deyə ekspert bildirib.
Ednews
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












