Hüquqşünas etibarnamə ilə bağlı mübahisəyə son qoydu - VİDEO

Etibarnamə olmadan ər-arvad nikah şəhadətnaməsi ilə bir-birinin avtomobilini idarə edə bilər? Bu mübahisəli məsələyə hüquqşünas Ərşad Hüseynov son qoydu. Hüquqşünas “Düzgün Hərəkət” verilişində dinləyicinin sualına cavab olaraq bildirib ki, istənilən əşyadan, o cümlədən avtomobildən istifadə, ona sahiblik, sərəncam hüququ ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onların ümumi mülkiyyətidir: “Ümumi mülkiyyət o deməkdir ki, onların hər ikisinin mülkiyyətidir. Hər ikisinin əmlak üzərində mülkiyyət hüququ var. İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” qanun da deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsinə sahiblik hüququna malik olmalıdır. Bu adam həyat yoldaşının avtomobilini idarə edirsə, həm də onun özünün əmlakıdır. Deməli özünün heç bir istisnasız, heç bir məhdudiyyətsiz sahiblik hüququ var. Özünün sahibliyində olan əmlakı idarə etmək üçün isə hansısa etibarnaməyə və ya digər sənədə ehtiyac yoxdur. Eyni müddəa Ailə Məcəllləsində də təsbit olunub” – deyə Ərşad Hüseynov bildirib.
Ərşad Hüseynovun tam açıqlamasının video şəklində təqdim edirik:
Yunis
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










