"İctimai nəqliyyat tam bərbad vəziyyətdədir" - NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"Tıxacların səbəbi məlumdur. Bu, Bakı şəhərinin alnına yazılıb. Çünki digər bölgələrdə hələ ki, sakitçilikdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bölgələrdə tıxac yalnız istirahət mərkəzlərində və bəzi saatlarda olur: "Buna da turizm potensialı olan bölgələri misal göstərmək olar. Bu baxımdan sırf Bakı şəhəri üçün xüsusi nəqliyyat idarəetmə sistemi tətbiq edilməli, plan qurulmalıdır. Çünki plansız iş görülə bilməz. Belə olan halda müəyyən bir inkişafa nail ola bilərik.
Elməddin Muradlı sözlərinə belə davam edib: "Hal-hazırda bu işlər plansız şəkildə görülür. Kor-koranə şəkildə yanaşmalar var. Biz ictimai nəqliyyatın inkişafından danışırıq, amma çox təəssüflər olsun ki, BNA-nın dövründə müəyyən inkişafa nail olsaq da, sonradan çökmə baş verdi.
Bu gün ictimai nəqliyyat tam bərbad vəziyyətdədir. Metro şəbəkəsinin inkişafından danışırıq, amma bu sahədə də irəliləyişə nail olmamışıq. Bu da ictimai nəqliyyatın inkişafından danışdıqda bir problem kimi görünür.
Yol-nəqliyyat hadisələri də təbii ki, nəqliyyatın intensiv hərəkətindən irəli gəlir. Xüsusilə, taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən daha çox yol nəqliyyat hadisələri törədilir. İctimai nəqliyyat nə qədər güclü olsa, bu zaman avtomobillərin sayı azalacaq. Bu məsələlərə diqqət etmək lazımdır.
Bu gün araşdırma aparsaq görərik ki, avtomobil alanların 15-20 faizi məhz ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasına görə buna məcbur qalır. Parisdə cəmi 1500, Bakıda isə 60 min taksi var. Bu, bizim ictimai nəqliyyatın normal vəziyyətdə olmadığını göstərir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










