İstismar müddəti bitmiş avtobusların aqibəti necə olur? - EKSPERT AÇIQLADI

Yazarlar 26 İyul 2022 14:29 Oxunub 2516
İstismar müddəti bitmiş avtobusların aqibəti necə olur? - EKSPERT AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İstismar müddəti bitən bütün nəqliyyat vasitələri istismardan dərhal yığışdırılmalıdır. Lakin bəzən istismar müddəti bitən nəqliyyat vasitəsi Bakıda istifadə edilmədiyi halda rayonlarda hələ də istifadə edildiyinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, ümumilikdə bu yanaşma düzgün deyil: "Bakıda ictimai nəqliyyatın fəaliyyəti Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənsə də. bu prosesi respublika üzrə vahid bir qurum tənzimləməlidir. Belə olduqda sistemli işin şahidi ola bilərik. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi öz fəaliyyətsizliyini bir daha ortaya qoydu. Ona görə də onların da ictimai nəqliyyatla bağlı fəaliyyətini bir mərkəzdən yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi idarə edə bilər. Bu zaman biz mərkəzləşdirilmiş sistem üzərindən iş qura bilərik. Belə olduğu halda, təbii ki, Bakıda istismardan çıxarılan köhnə avtobusu kimsə rayonda idarə edə bilməz. Əgər qərar verilirsə ki, bu avtobus istismara yarasızdır, bu zaman həmin avtobus istismardan yığışdırılmalıdır. Ümumilikdə avtobus parkımızın 70%-dən çoxu köhnədir. Digər daşıyıcı şirkətlər müəyyən problemlər, xüsusilə Bakı Nəqliyyat Agentliyinin yaratdığı problemlər ucbatından avtobus parkını yeniləyə bilmir. Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat sektoruna çox böyük zərbə vurub. Əsas zərbə dövlətin ayırdığı vəsait hesabına "Baku Bus" avtobuslarının 300-nü 5 il müddətində məhv etdi. Bir tərəfdən də digər daşıyıcı şirkətlərin fəaliyyətinə ciddi maneələr törətdi. Ona görə də zamanla bu prosesi elə tənzimləmək lazımdır ki, daşıyıcı şirkətlər öz avtobus parkını yeniləmək gücündə olsunlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh