“Koroğlu”dan “Buta Palace”a azı 10 dəfə qayda pozan “Prius”

“Prius” mövzusunda yazmağı xoşlamasam da, bu avtomobillərin iştirakı ilə hər gün baş verən mövzunu gündəmdən düşməyə qoymur.
Aeroport yolunda 2 nəfərin ölümü ilə nəticələnən sonuncu qəza özümün şahidi olduğum hadisəni təkrar xatırlatdı.
ADEX sərgisində iştirak üçün Bakının kəndlərinə gedən manatlıq taksiyə mindikdə sürücünün körpünün altından aeroport yoluna çıxma üsulu məndə artıq fikir formalaşdırdı. Bu fikir təbii ki, müsbət olmadı.
Sürücü aeroport yoluna çıxan kimi, belə demək mümkünsə şahmat oynamağa başladı. O ikinci dəfə qoşa xətti tapdaladıqda dözməyib mədəni şəkildə iradımı bildirdim. Lakin bu iradıma sərnişinlər sürücüdən daha əvvəl cavab verdilər. Sürücünü haqlı çıxarmağa çalışan sərnişinlərin dedikləri əsassız fikirləri burda yazıb uzunçuluq etmək niyyətim yoxdur.
Konkret olaraq sürücünün davranışına gəlincə: o sınıq-salxaq “Prius”la 2 dəfə təhlükəli ötmə etdi, 6 dəfə qoşa xətti tapdaladı. Həm də heç bir zərurət olmadan. Sürət həddini aşması da öz yerində. Belə bir avtomobildə 130 km/saat sürətlə hərəkət risk yox, ağılsızlıqdır. Nəzərə alaq ki həmin vaxt sərgi iştirakçılarını daşıyan nəqliyyat vasitələri sürəti 100 km/saatdan yuxarı qaldırmayıb. Görəsən Binə qəsəbəsinə çatanadək bu sürücü nə qədər xəta törədib?
“Baku Expo”da düşərkən avtomobilin nömrəsini götürmək istəyim də boşa çıxdı. Avtomobilin arxa nömrəsi yox idi. Yəqin sürücü arxadan gələn avtomobillər onu çəkə bilməsin deyə nömrə nişanını çıxarıb.
Görəsən bu ərazidə nəzarət kamerası yoxdurmu? Bu sürücünün 15 dəqiqəlik yolda törətdiyi xətalara sürücülük vəsiqəsinin ləğv olunmasına kifayət edər. Şübhəsiz ki, bu tip sürücülər az deyil.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












