Nazirin atası kitab yazdı, təqdimatına Cəmil Həsənli də qatıldı - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçi, filologiya elmləri doktoru, professor Rəhim Əliyev Cənubi Azərbaycanda 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökuməti haqqında “Qızıl səhifələr” adlı kitab yazıb. Avtosfer.az xəbər verir ki, oktyabrın 2-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərərgahında nəşrin təqdimatı keçirilib. Kitabda Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, M.C.Pişəvərinin və həmin dövrün siyasi xadimlərinin tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları toplanıb. Təqdimat mərasimində VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı, professorlar Qulu Məhərrəmli, Cəmil Həsənli və başqa alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qatılıb.
Qeyd edək ki, Rəhim Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin atasıdır.



"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










