Reklam

O yanacaq bir gün sizi yandıracaq - Odla oynamayın!

Yazarlar 13 İyul 2022 15:54 Oxunub 956
O yanacaq bir gün sizi yandıracaq - Odla oynamayın!
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yanacağın qiymətinin artmasını "xaricdən alırıq" deyə-deyə əsaslandırmağa çalışırlar. Guya xaricdə premium benzin bahalaşıb, bizdə də bahalaşmalıdır. Ucuzlaşanda heç qiyməti aşağı salan olmadı. Neft 20 dollara düşəndə yanacağın qiymətini 10 qəpik ucuzlaşdırıb sonradan kəllə-çarxa qaldırdılar. Əsas məsələ odur ki, axı Azərbaycan özü niyə keyfiyyətli benzin istehsal edə bilmir? Sözün düzü, 92 markalı benzini normal keyfiyyətlə buraxa bilməməyimiz ayıb bir şeydir. 95 isə xəcalətdir.

Bəlkə də bizimkilərdən kiminsə xaricdə zavodu var. Buradan xam nefti aparıb 95 premium benzin istehsal edib yenidən Azərbaycana gətirir və baha qiymətə satır. Buna inanıram. Nə da olsa bizmkilərin başı belə işlərdə yaxşı işləyir. Ola bilməz ki, ayrı-ayrı yanacaqdoldurma məntəqələri məhsulu eyni yerdən alsın, eyni qiymətə də satsın. Deyirlər, 95-in qiymətini dövlət tənzimləmir. O zaman niyə bazarda hamı eyni qiymətə satır? Beş aşağı, beş yuxarı olmaz? Deməli, kimsə barmaq edir bu işə.

Ancaq əsas məsələni də unutmayaq. Kimlərsə Azərbaycana normal avtomobil gətirilməsinin, avtomobil parkının yenilənməsinin qarşısını alır. İnsanları məcbur edirlər ki, gedin köhnə-kürüş maşın alın, 92 markalı benzin tökün, sürün. Camaatı da zəhərləyin, özünüzü də. Bərkə düşsə, dizelə möhtac qoyarlar. Sadəcə risk eləmirlər. Ona görə də, dövlət baba bu işə ciddi nəzər yetirməlidir. Yanacaq mafiyası nə etmək istəyir? Məqsəd nədir? Birdən-birə 40 qəpik artım nə deməkdir? Niyə Azərbaycanda premium benzin istehsal zavod yoxdur və ya tikinti işləri gecikir? SOCAR söz verib. 2 ilə bu problemi həll etməli idilər. Amma gecikirlər.

Mən yanacaqla işləyən maşınların tərəfdarı deyiləm. Amma bu gün gücümüz buna çatır. Nə zamansa elektromobilə keçəcəyik, onda da elektrikin qiymətini qaldıracaqlar. İndidən baza qurmurlar. Sistem ancaq söz yığını üzərində işləyir. Kimsə öz məqsədləri üçün çox iyrənc əsaslandırma yolu ilə cəmiyyəti dövlətə qarşı qoyur. Belə oyunların axırı heç yaxşı olmayacaq. O yanacaq bir gün sizi yandıracaq. Odla oynamayın!

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh