"Patı" çəkən yuxusuz sürücülər və günü 25 manata şütüyən "Prius"lar - Xaos nə vaxt bitəcək?

Yazarlar 15 Avqust 2022 19:29 Oxunub 2072
"Patı" çəkən yuxusuz sürücülər və günü 25 manata şütüyən "Prius"lar - Xaos nə vaxt bitəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar ölkədə taksi fəaliyyəti ilə bağlı narazılıq pik həddə çatıb: Bəzi sürücülər qiymətin aşağı olmasından, bəzi sərnişinlər xidmət səviyyəsindən narazılıq edir. Son günlər sosial şəbəkədə yayılan taksi sürücüsü ilə sərnişin xanım arasında mübahisə görüntüsü, pakistanlı sürücü videosu xeyli müzakirə edildi. 

Sürücülər üçün də vəziyyət ürəkaçan deyil. Belə ki, taksi şirkətlərinin və taksilərin artması qiymətlərin də aşağı düşməsinə səbəb olub. Belə olan halda gündəlik planı ödəyə bilmək üçün sürücülər gecə saatlarına qədər işləməli olurlar. Beləliklə, yuxusuz sürücülər qəza ehtimallarını da artırırlar. Üstəlik günü 25 manata "Prius" arendaya verənlər sözün əsl mənasında "kimə gəldi" avtomobil verirlər ki, bunun nəticəsi olaraq narkotik vasitənin təsiri altında avtomobil sürən taksi sürücülərinin şahidi oluruq.

Sulh.info.az məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, mövcud vəziyyətin dəyişməsi üçün yeni qanun layihəsi hazırlanmalıdır:  “Azərbaycan taksi xidmətində xaotik vəziyyət hökm sürməkdədir. Bu vəziyyət höküməti, sərnişini, sürücünü də qane etmir. Müəyyən sərinişinlər qiymətin ucuz olmasından razıdır. Bəzən görürük ki, razılıq edənlər də şikayət edir. Şikayətlər isə sürücü kobud davranır, gecikir, ünvanı tanımır və s. kimi mövzular olur. Mahiyyət etibarı ilə bütün cəmiyyət narazıdır. Sadəcə olaraq, bunu  qanunvericilik səviyyəsində tənzimləmək üçün hüquqi baza və iradə lazımdır ki, məsələ öz həllini tapsın. Sözsüz ki, ciddi nəzarət mexanizmindən, tələbkarlıqdan söhbət gedir. Bunlar olmasa vəziyyət çox çətin olacaq.

Taksi fəaliyyəti ilə bağlı yeni qanunvericilik hazırlanır. Qaydalara hamı üçün çox sərt olacaq, yaranan xaos də aradan qalxacaq”.

Ekspert ötən gün sosial şəbəkələrdə videosu yayılan pakistanlı sürücü ilə bağlı bunları deyib:

“Düşünürəm ki, xarici ölkə vətəndaşının Azərbaycanda hər hansı fəaliyyətlə məşğul olması qanunla qadağa deyil. Təbii ki, həmin insanlara xüsusi yanaşma yoxdursa, ölkədə yaşama qadağası yoxdursa, rahatlıqla işləyə bilərlər. Sadəcə baş verən prosses ürək açan deyil, xoş mənzərə ortaya çıxartmır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə söyləyir ki, Azərbayacanda işləyən taksi şirkətləri Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi reqlament əsasında fəaliyyət göstərməldir. Həmin reqlamentdə taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin necə olması, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin hansı tələblərə cavab verməsi və taksidə gediş haqqının necə olması göstərilib:

“Sürücü ilə sərnişin arasında problem baş verirsə, nalayiq ifadələr isitifadə olunursa, qeyri-etik hərəkətəklər olarsa, bu zaman zərər çəkənlər DİN-in 102 qaynar xəttinə zəng edə bilərlər. Əgər istehlakçı hüququn pozulması ilə bağlıdırsa, (xidmətlə bağlıdırsa, və yaxud keyfiyyətsiz avtomobil ilə bağlıdırsa) sərinişin xidmətdən narazıdırsa, həmin taksi şirkətinə öz şikayətini göndərməlidir.  

Eldəniz Cəfərov taksi qiymətlərinin heç də ucuz olmadığını vurğulayıb. O bildirib ki, müəyyən reklam xarakterli aksiyalar təşkil olunur və qiymətlərin ucuz olduğu göstərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh