Dəmiryolu keçidlərində sürücülər bu qaydaları mütləq bilməli və əməl etməldir - FOTOLAR

Yazarlar 17 Noyabr 2022 17:23 Oxunub 3892
Dəmiryolu keçidlərində sürücülər bu qaydaları mütləq bilməli və əməl etməldir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Xətai rayonu, kənd Əhmədli adlanan ərazidə yanacaq daşıyan qatarla minik avtomobili toqquşub. Hadisəyə səbəb avtomobilin qatarın qarşısına çıxması olub.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, dəmiryol keçidlərində dəfələrlə belə qəzaların baş verməsinin şahidi oluruq: “Bugünkü qəza xəsarətsiz ötüşsə də, əvvəllər ölümlərin də olması qeydə alınıb. Qəzaların səbəkarı da məhz sürücülərdir. Çünki onlar qaydaları pozduqları üçün hadisə baş verir. Hələ də əksər sürücülər dəmiryol keçidlərindən necə keçməli olduqlarını bilmirlər. 


“Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsində qeyd olunub ki, sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. Svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda, svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq) keçid növbətçisi qadağan siqnalı verdikdə dəmiryol keçidinə daxil olmaq qadağandır.

Hətta keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda dəmiryol keçidinə daxil olmaq qadağandır.
Ən əsası isə qorunmayan dəmir yolu keçidlərində sürücü avtomobili birinci relsə azı 10 metr qalmış saxlamalı, qatarın olmamasına əmin olmalı və sonra hərəkətə davam etməlidir”.


“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a bildirilib ki, noyabrın 17-də, səhər saat 08:10 radələrində Əhmədli stansiyasında yerləşən qorunmayan dəmir  yolu keçidində yük qatarı hərəkətdə olarkən sürücü Yusif Fərəcov tərəfindən idarə olunan ”Hyundai” markalı 90-UA-288 dövlət nömrə nişanlı minik avtomobili keçidi keçməyə cəhd göstərib. Maşinist təcili tormozlama aparmasına baxmayaraq, tormoz məsafəsi az olduğundan avtomobil qatarla toqquşub. Qatarın faktiki sürəti 5 km/saat olub (təyin olunmuş sürət-15 km/saat).


Hadisə nəticəsində xəsarət alan olmayıb, dəmir yolunun təsərrüfatlarına maddi ziyan dəyməyib.
Hadisənin başverməsinə səbəb avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanununun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Hadisə aidiyyəti üzrə araşdırılır.

 

Nərminə Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh