Şagirdlərə ictimai nəqliyyat pulsuz ola bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında Bakıda tıxac probleminin həlli üçün şagirdlər və müəllimlərə ictimai nəqliyyatın pulsuz olması təklif edilib.
Məsələ ilə bağlı Tribunainfo.az- a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, deputatın təklifi məntiqli və aktualdır:
“Əslində biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq belə bir müzakirəmiz də olub. Düşünürəm ki, bu məsələ nə vaxtsa öz həllini tapacaq. İnanmıram, yaxın vaxtlarda həllini tapsın, ancaq vəziyyət o həddə çatıb ki, günün istənilən saatı tıxaca rast gəlmək mümkündür. O zaman çıxış yolu üçün müəyyən addımların atılmasına gərək var. Bunun bir mexanizmi olmalıdır. Biz nazirliklə məsələni bu şəkildə müzakirə etdik ki, Bakı-Sumqayıt yolunda tıxacın qarşısını almaq üçün həmin istiqamətdən istifadə edən tələbələrə kart verilsin. Çünki tələbələr bu yolda yalnız ictimai nəqliyyatdan yox, həm də qanunsuz fəaliyyət göstərən mikroavtobusların xidmətindən, taksilərdən istifadə edir ki, bu da yüklənməyə gətirib çıxarır. Apardığımız araşdırmalar zamanı belə məlum oldu ki, 501, 502, 503 nömrəli avtobuslar o yolda fəaliyyət göstərir. Onlar da cəmi beş avtobusdur. Belə olan halda təbii ki, minlərlə insan yolda qala bilər, onların da köməyinə taksilər gəlir. O baxımdan əlavə yükləmələr yaranır. İctimai nəqliyyat olduğu təqdirdə vəziyyət o həddə gəlib çatmayacaq. Biz başlanğıc üçün təklif etdik ki, bu, Bakı-Sumqayıt yolunda tətbiq olunsun. İstənilən halda deputatın təklifində məntiq var”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












