Azərbaycanda qadın piyadalar belə keçidlərdən niyə istifadə etmir? - Qəribə səbəblər - FOTOLAR

Yazarlar 8 Dekabr 2022 08:04 Oxunub 3832
Azərbaycanda qadın piyadalar belə keçidlərdən niyə istifadə etmir? - Qəribə səbəblər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda yüngül konstruksiyalı piyada keçidləri quraşdırır. Bu, gözəldir. Alqışa layiq bir işdir. Növbəti belə keçid Müşfiq postundan bir az irəlidə - Müşfiq qəsəbəsində tikilib. Amma sakinlər həmişə belə keçidlərdən narazı qalır. Xüsusən də qadınlar. Bir dəfə yadıma gəlir, Ceyranbatan qəsəbəsində yol polisi ilə birlikdə piyadalar arasında təbliğat aparanda camaat yaxınlaşıb etiraz etdi. Biz dedik niyə keçiddən keçmirsiz? Onlar da bildirdi ki, keçidin yanları açıqdır, qadınlar ora çıxanda biabırçılıq olur, altdan sürücülər onlara baxır və sair və ilaxır.
Dedik yaxşı. YPX Alayının birinci tağımının ovaxtkı komandiri Ürfət Şükürovla birlikdə aidiyyəti qurumlara müraciət etdik, sağolsunlar, gedib həll elədilər - keçidin yanları, eləcə də pilləkənin yan barmaqlıqları bağlandı. İndi heç nə görsənmir.
Dünən də Qaradağda çəkiliş edirdim. DYP ilə birlikdə yerüstü keçidə yaxınlaşdıq. Qobustan qəsəbəsi ərazisində - SOCAR məktəbinə yaxın yerdə sakinləri danışdırdıq. Dedilər ki, yerüstü keçidin yan barmaqlıqları çox aşağıdır, həm də qadınlar ora çıxanda sürücülər altdan onlara baxır. Üstəlik, həmin ərazidə külək daha şiddətli olur deyə sakinlər, yaşlı insanlar, uşaqlar keçidə qalxmağa qorxurlar ki, külək vurub atar. Mən də praktiki olaraq nəzərdən keçirdim və təsdiq edirəm ki, o hündürlükdə yerdə adamı güclü küləl ata bilər.
Ona görə də, düşünürəm ki, AAYDA belə keçidlər tikərkən həm yan barmaqlıqları biraz hündür eləsin, həm də qapalı olsun.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh