Sürücülər qış mövsümünə keçərkən nələrə diqqət etməlidirlər? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

"İlk növbədə hər bir insan bilməlidir ki, avtomobillər bir mexanizmdir. İnsan özünə necə qulluq edirsə, avtomobilə də vaxtlı-vaxtında qulluq göstərməlidir". Bu sözləri sia-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Nəqliyyat eksperti bildirib ki, avtomobillərə texniki qulluq olmalıdır ki, qış mövsümünə avtomobil normal ola bilsin. Qış mövsümü üçün hazırlıq görərkən ilk növbədə avtomobilin təkərlərindən danışmaq istəyirəm. Qış təkərlərinin olması olduqca vacib bir məsələdir. Ən azından yayda istifadə olunan yararsız təkərlərlə "qışı yola verə bilərəm" anlayışından uzaq olmaq lazımdır. Digər bir qulluq isə avtomobilin mütləq havalandırma sistemini yoxlamaqdır və sistemə diqqət eləmək lazımdır. Avtomobilin elektrik sisteminədə mütləq diqqət eləmək lazımdır. Çünki yayda yağış nisbətən qışa görə az olur. Qış aylarında yağıntının çox olması ilə yollarımızda çox təəssüf ki, su gölməçələri yaranır və hər hansı bir təsirdən avtomobil yana bilər. Necə ki, qışın sonları yazın ortalarına qədər bəzi avtomobillər alışıb yanır. Bəs bunun səbəbi nədir? Səbəb ondadır ki, elektrik sisteminə dolan su ərp bağlayır və yay mövsümündə də başlayır yağınlar törətməyə. Ona görə hər bir sürücü bunlara mütləq diqqət etməlidir. Şüşə silənlərin vəziyyətinə diqqət eləmək lazımdır. İşlək olub olmamasını yoxlamaq lazımdır. Bəzi insanlar var, görürük ki, şüşəsilənləri ümumiyyətlə, maşından açıb evə və yaxud maşının arxasına qoyur. Bu istehsalçı zavod şüşəsiləni maşına əlavə edibsə, o zaman bunu açıb maşından sökmək lazım deyil. Onda elə istehsalçı zavod onu maşının arxası üçün yerləşdirərdi. Ona görə də belə məsələlərə diqqət eləmək lazımdır. Avtomobilin yağını tez-tez yoxlamaq, anti-frizin vəziyyətini yoxlamaq lazımdır. İşıq sistemini də düzgün tənzimləmək lazımdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












