“Taksi fəaliyyəti özbaşına buraxılıb: Əgər sürücü narkomaniyaya meyllidirsə...”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.
Taksi sürücüləri ilə bağlı zaman – zaman neqativ xəbərlər yayılmaqdadır. Hətta onların bəzilərinin narkotikadan istifadə etməsi ilə bağlı iddiara da rast gəlirik.
Mövzu haqda Yenisabah.az-a açıqlamasında yol hərəkəti eksperti Ərşad Hüseynov bildirib ki, ümumiyyətlə cinayətkarlıq hər yerdə ola bilər.
“Nazirlər kabinetinin 141 saylı qərarı və bir sıra nəqliyyat haqqında qanunlar Azərbaycan Konstitusiyasında yer alıb. Nəqliyyatda 3 əsas qayda var ki, hər bir nəqliyyat sürücüsü tərəfindən nə olur olsun bu qaydalara riayət olunmalıdır.
İlk olaraq “B” kateqoriya sürücülük vəsiqəsi olanlara, yaşı minimum iyirmi bir olan şəxslərə və sağlamlıq yoxlanışından keçənlərə sürücü vəzifəsi verilməlidir.
Qanuni olaraq taksi sürücüsü olmaq istəyən hər bir şəxsə təlim keçirilməlidir. Onlara sərnişinlə davranış qaydaları, gərginlik altında səbirli olmaq öyrədilməlidir. Təlimlərin nəticəsi olaraq isə həmin şəxs imtahan olunmalı, imtahandan keçə bilməyənlərə isə bu vəzifə verilməməlidir.
Bunlardan ən çox önəm verilməsi vacib olan məsələ isə sürücünün sağlamlıq arayışıdır. Analiz vermiş sürücü psixi xəstə, narkomaniyaya və alkaqollu içkilərə meyilli olarsa, ona sürücü vəzifəsi verilməməlidir.
Sürücü işə başladıqdan sonra da sağlam olub-olmadığı, psixoloji durumu müəyyənləşdirilib, narkotik vasitənin və yaxud spirtli içkinin təsirində olmadığı haqqında reysə çıxmazdan öncə tez-tez yoxlanılmalıdır.
Lakin bu qaydalara heç kim tərəfindən nəzarət olunmur. Taksi fəaliyyəti özbaşına buraxılıb. Kim istəsə bu işlə məşğul ola bilir. Əgər ictimai nəqliyyat mükəmməl olsa, hər bir qaydaya riayət olunsa belə halların get-gedə azalacağına ümid edirəm”.
Hər birimiz sosial şəbəkələrdən tez-tez istifadə edirik. Qarşımıza çıxan və hər kəsin narazı olduğu məsələlərdən biri də şəhərimizdə “Prius”-ların çoxsaylı qəzalar törətməsi, lazımi xidmət göstərə bilməməsidir.
Ekspert bildirib ki, “sosial şəbəkələrdə “Prius” maşınlarına qarşı yaranmış antipatiyanın heç bir əsası yoxdur. “Prius” sadəcə olaraq avtomobildir. Ekonom olması baxımından bir çox taksi şirkəti tərəfindən tövsiyə olunur. Günah həmin avtomobili idarə edən insanda və taksi şirkətindədir ki, sağlamlıq yoxlanışından keçməmiş sürücüyə maşın əmanət olunur və taksiyə göndərilir. Sürücü əgər narkomandırsa ona “Mercedes S-Klass” belə versən yenə eyni şeyi edəcək”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











