Texniki baxışla bağlı dəyişikliklərin bu sürücülərə aidiyyəti yoxdur - Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir. "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Bu qaydaya dəyişikliyin mahiyyəti ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu yeniliyin məğzi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahiblərinə aid edilir. “Bu dəyişikliyə əsasən, texniki baxış zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibinə daşıdıqları sərnişinlərlə bağlı siğorta şəhadətnaməsi tələb olunacaq. Buna sərnişinin fərdi qəza siğortası deyilir. Bu sığorta şəhadətnaməsi və nəqliyyat vasitəsinin siğorta şəhadətnaməsi olduqda həmin avtomobillər texniki baxışdan keçiriləcək. Bu dəyişiklik sərnişindaşıma fəaliyyəti göstərən taksilər, mikroavtobuslar və avtobusların sahiblərinə aiddir. Digər sürücülərə heç bir aidiyyəti yoxdur.
Digər tərəfdən yol-nəqliyyat hadisəsi zamanı hadisə iştirakçılarının tərtib etdiyi arayış elektron qaydada sistemə yüklənəcək, eyni zamanda sürücülük vəsiqəsi, texniki pasport və etibarnamə varsa, bunlar da mərkəzi informasiya sistemindən icbari siğortalar bürosunun sisteminə inteqrasiya olunacaq ki, siğorta əməkdaşları da onları görə bilsin”,- deyə ekspert əlavə etdi.
Elməddin Muradlı qeyd etdi ki, bu qaydaya dəyişiklik edilməsi həm də sərnişinlər üçün üstünlükdür: “Burada ümumən neqativ halların aradan qaldırılmasına hesablanmış addımlar atılır. Bu sürücülər üçün də faydalı olacaq. Sərnişinlərin fərdi qəza siğortası olması da, yol-nəqliyyat hadisəsi zamanı zərərçəkən və ölən sərnişinlərlə bağlı ödənişlərin həyata keçirilməsinə hesablanıb”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













