Uber təkcə Azərbaycanın problemidirmi? - Dünyada yeni model var

Onlayn taksi xidmətlərinin Bakıdakı işindən uzun danışmağa gərək yoxdur. Görünən kəndə nə bələdçi! Gecə saatlarında xəbər saytlarının lentini taksi qəzaları doldurur. Bəs başqa ölkələrdə necədir?
Avtosfer.az-ın xəbərinə görə, iyunun əvvəlində Cenevrə şəhər məhkəməsi Uberin fəaliyyətini qadağan edib. İsveçrə Federal Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarında göstərilir ki, sürücü ilə müəssisə arasında əmək münasibətləri olduğu üçün hər bir sürücünün maaş və sosial müdafiə hüququ var. Bu prinsiplərə əməl etmədiyi üçün Uber Cenevrə kantonunda öz xidmətlərini təklif edə bilməz.
Lakin Uber də boş dayanmır. O üçüncü şirkətlər vasitəsilə xidmətini davam etdirir. Lakin bir fərqlə: sözügedən şirkətlər sərnişinləri əlaqələndirməklə yanaşı sürücülərə minimum əmək haqqı və sosial sığorta da təqdim edir. Bu yerdə bir haşiyə çıxaq ki, Cenevrədə minimum əmək haqqı 1 saat üçün 23,27 frank, 40 saatlıq iş həftəsi üçünsə aylıq 4 134 frankdır. 1 İsveçrə frankı bugünkü tarixlə 1,75 AZN-dir.
Bura qədər hər şey əla. Bəs sonrası? Yeni qaydanın tətbiqindən Cenevrədə 1000 taksi sürücüsü faydalandı, 800 nəfər işsiz qaldı. Bunun çarəsi nədir?
İsveçrə Federal Şurasının (Parlamentin aşağı palatası) deputatı, məşhur vəkil Filip Nantermod təklif edib ki, Cenevrə modeli bütün ölkədə tətbiq edilsin. Lakin işçilərin yarısı çölə tökülməklə deyil: “Yeni qayda yüzlərlə sürücüyə təsir edəcək və onlar müflis olacaqlar”.
Deputat təklif edib ki, İsveçrədə internet platformalar üzərindən sərbəst çalışanların statusu müəyyən edilməlidir. Başqa sözlə, onlarn sərbəst statusu qorunmaqla yanaşı bütün sosial risklərdən də mühafizə olunmalıdırlar. Artıq müvafiq təklif parlamentə təqdim edilib.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












