Yol qəzaları – bu dəfə də Fransanı “qabaqladıq” - 70 qəzada 82 nəfər öldü - FOTO

Bəlkə bu xəbərə görə elə fransızların təbirincə “müqayisə hər zaman yanlışdır” deyənlər olacaq. Bəli, formal cəhətdən belə düşünənlər haqlıdır. Əhali sayı 68 milyon, avtomobil sayı 39 milyon olan Avropa ölkəsini kiçik Azərbaycanla müqayisə nə dərəcədə doğrudur?
Məni bu müqayisəyə vadar edən Avtosfer.az-akı “İyulda yol terroru: 82 ölü, 26 yaralı” adlı xəbər oldu. Xəbərdə deyilir ki, ay ərzində 70 qəzada 82 nəfər ölüb, 26 nəfər xəsarət alıb. Statistika 25 günü əhatə edir. Ay başa çatmayıb.
Fransada isə iyun ayında yol qəzalarında 302 nəfər ölüb. Məntiqlə bu rəqəm azı 28 min nəfər olmalı idi. Axı Fransada avtomobil sayı bizdən təxminən 35 dəfə çoxdur. Bizdə bir qayda olaraq qəza və tıxacların çox olmasına səbəb kimi avtomobil bolluğu göstərilir. Halbuki ölkəmiz 1000 nəfərə düşən avtomobil sayına görə əksər ölkələrdən geridədir.
Yollarda sıxlığa gəlincə, bizdən fərqli olaraq Fransanın sərhədləri açıqdır. Ölkəyə hər gün kənardan on minlərlə nəqliyyat vasitəsi daxil olur. Bizdə isə sıxlığa səbəb olan məktəblər tətildədir, quru sərhədləri bağlıdır. Lakin BNA hər səhər xəbər agentliklərinə neçə avtobusun gecikdiyi barədə pres-reliz göndərir.
Belə bir haqlı sual ortaya çıxır: yayın bitməsinə təxminən 1 ay qalıb. Sentyabrdan hamı işə qayıdanda paytaxtda vəziyyət necə olacaq? Ötən sentyabrdakı nəqliyyat kollapsı təkrarlanacaqmı? Bu dəfə də sıxlığa görə valideynləri ittiham edən rektorlar tapılacaqmı? Cavablar ritorikdir.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














