Yollarda yağış barmaqlıqlarını oğurlayıb sürücülərə təhülkə yaradırlar – DİQQƏT!

Yollarda yağış barmaqlıqlarının oğurlanması prosesi davam edir. Bir çox küçə və yolda barmaqlıqlar tez-tez yoxa çıxır. Yağışlı hava şəraitində yollarda gölməçələr yaranır, sürücülər isə yağış barmaqlığının olmadığını görmür və bu halda qəza vəziyyəti yaranır. Qəza zamanı ən yaxşı halda isə sürücülərə maddi ziyan dəyir.
Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab verən Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bəzi yollarda yağış barmaqlıqlarının tez-tez oğurlanmasından xəbərdardırlar: “Təəssüflər olsun ki, zaman-zaman avtomobil yollarının kənarında, küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqları, dəmir barmaqlıqlar müəyyən şəxslər tərəfindən oğurlanır, ərazidən götürülür. Amma bu heç də o demək deyil ki, onların törətdiyi əməl bağlı qalacaq. Qısa müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunub. Yağış barmaqlıqları isə onlar tərəfindən çox hallarda geri qaytarılır. Geri qaytarılmadıqda isə bununla bağlı həmin rayon üzrə yollara xidmət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərə tapşırıq verilir ki, yağış barmaqlıqları açıq saxlanılmasın və sifariş verilib yenidən ərazidə bərpa olunsun. Ümumiyyətlə, bütün küçə və yollarda təmir işləri həyata keçirilərkən proses zamanı əgər ehtiyac yaranarsa, yeni yağış barmaqlıqları quraşdırılır və ya yenidən bərpa olunur”.
Nəzrin Sailqızı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












