Yüksək vəzifəyə təyin olunan Ramil Cabbarov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.
Avtosfer.az-ın məlumata görə, bununla bağlı nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.
Ramil Cabbarovun dosyesini təqdim edirik.
1988-ci il təvəllüdlü R.Cabbarov 2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.
2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.
2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.
2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.
2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində işləyib.
2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə “Biznesin idarə edilməsi” kafedrasının müəllimi olub.
2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.
2018-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabrına kimi UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsində işləyib.
Daha sonra qısa müddətdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb./no.comment
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO












