Maşına "fi-fa" siqnalı quraşdıranlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən və nəqliyyat vasitəsində çoxavazlı səs siqnalları quraşdıran,eləcə də konstruksiya dəyişikliyinə yol verən sürücülər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məluamta görə,keçirilən tədbirlər zamanı “VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib. F.Məmmədov barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbir görülüb.
Yol polisi əməkdaşları tərəfindən keçirilən digər bir tədbir zamanı isə avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi, sakinlərin dincliyini pozmağa çalışan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyinə yol verən sürücü saxlanılıb.Onun Ağdaş rayon sakini Ceyhun Hüseynov olduğu müəyyən edilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə həmin “VAZ-21014” markalı avtomobildəki səs siqnalları müsadirə olunub və sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















