Avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib - FOTO

Zaqatalada avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, gecə saatlarında hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülərin avtomobilləri saxlanılaraq onların müvəqqəti duracağa gətirilməsi təmin edilib. Polis əməkdaşları qayda pozuntusuna yol verən həmin şəxslərlə profilaktik söhbətlər aparıb. Yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini onların diqqətinə çatdırıblar və barələrində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb olunublar.
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
















