Avtoxuliqanlıq edib polislərin üzərinə bıçaq çəkdi, həbs olundu

İsmayıllıda sürücü ilə onu saxlayan polislər arasında insident olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə şəhər ərazisində baş verib.
Xidməti vəzifəsini yerinə yetirən yol patrul xidmətinin əməkdaşları VAZ-21011 markalı, dövlət qeydiyyat nişanları olmayan avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsü E.Qurbanova “saxla” əmri verərək dayandırıblar, onu polis şöbəsinə dəvət ediblər. Lakin sürücü buna etiraz etdiyindən aralarında mübahisə yaranıb.
Daha sonra E.Qurbanov avtomobildən düşərək polis əməkdaşlarının üzərinə bıçaq çıxarıb. Bundan sonra yanındakı sərnişin onu sakitləşdirib və onlar avtomobilə əyləşərək ərazidən uzaqlaşıblar.
Hadisədən bir neçə gün sonra yeri müəyyən edilən E.Qurbanov polis şöbəsinə gətirilib və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. O, izahatında göstərib ki, protokolla razı deyil: “Avtomobillə hərəkətdə olarkən polis əməkdaşları “saxla” işarəsi verdilər. Avtomobili saxladım və məni polis şöbəsinə dəvət etdilər. Mən onlara məhəl qoymadan hərəkətə davam etdim. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Belə ki, həmin vaxt avtomobili yüksək sürətlə idarə etsəm də, heç bir inzibati xəta törətməmişəm. Polis əməkdaşlarının üzərinə bıçaq çıxartmamışam və avtomobili onların üzərinə sürməmişəm. Həyətdə işləyən zaman polislər gəlib məni şöbəyə apardı”.
İnzibati Xəta haqqında protokol İsmayıllı Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə E.Qurbanovun İXM-nin 535.1-ci maddəsi ilə (Polisin qanuni əmrinə tabe olmama) təqsirli bilinib, 25 gün müddətində inzibati həbs edilməsinə qərar verib.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR













