Azərbaycanda rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI - Yeni TƏYİNAT - AUDİO

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.
Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.
Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə V.Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.
Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.
oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












