Baş Polis İdarəsində uşaqlarla bağlı qarşıda duran vəzifələr müzakirə edilib - FOTO

Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları ilə görüş keçirilib.
İdarədən Avtosfer.az-a bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin və qeyri-hökumət nümayəndələri və yerli polis orqanlarının yetkinlik yaşına çatmayanlarla iş üzrə əməkdaşları iştirak ediblər.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə işin təkmilləşdirilməsi, polislə qarşılıqlı əlaqələrin daha səmərəli qurulmasının vacibliyini şərh edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb, fikirlər dinlənilib.
Bu istiqamətdə polis orqanlarında tədbirlər davam etdirilir.






Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












