Bakı şəhəri DYP İdarəsi mükafatlandırıldı - FOTO

Dünən Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) “E-nəzarət platformasının 1 illik fəaliyyəti” adlı tədbir keçirib. Dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada mart – may 2022-ci il aylarında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti, bir illik fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə salamlama sözləri ilə çıxış edən Millət vəkili Fatma Yıldırım, USAİD-in ölkə direktoru Jaidev Sinqx, Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və enezarət platformasının rəhbəri Məhəmməd Quluzadə öz növbəsində platforma ilə sıx əməkdaşlıq edən dövlət qurumlarını təşəkkürünü bildirmiş və platformanın 1 yaşı münasibəti ilə təbriklərini çatdırıb. Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Bir ilin nəticələrinə görə təxminən 70% müraciətlər öz həllini tapıb. Platformanın 1 il ərzində qeydə aldığı müraciətlərin sayı 845 olub. Dördüncü rübün nəticələrinə görə 15 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunmuşdur. Bu qurumlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı şəhər Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Bakı şəhəri İcra Hakimiyyəti, "Azərsu" ASC, Azərişıq ASC, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Xaçmaz rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Gəncə şəhər İcra Hakimiyyəti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Lifttəmir İstehsalat Birliyi, Bakı Şəhər İşığı Elektrik Şəbəkələri Müəssisəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC daxildir. Digər dövlət qurumlarına Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək, vətəndaşların müraciətlərini həll etməkdə göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilmişdir. (Yasamal rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyəti, Naxçıvan şəhər İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti, Nərimanov rayon İcra Hakimiyyəti). Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş -2” müsabiqəsinin qalibləri (Cavad Salmanlı, Murad Əhəd, Aysel Kərimzadə) təltif edilib. E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.
#MGC #Enezaret #Consulting #Enəzarət #USAID #MMC #QHT
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ












