Bakıda tıxacların yaranma səbəbləri - NİİM-dən yeni VİDEO
Bakı sürətlə inkişaf edən və böyüyən şəhərlər sırasında olduğundan, yollarda hər gün sıxlıq və bəzən tıxac hallarına rast gəlinir. Təbii ki, əhalinin sayının, məskunlaşma ərazilərinin və nəqliyyat vasitələrinin sürətlə artması da bu məsələdə mühüm rol oynayır. Eyni zamanda yollarda sürücülərin sayının çoxalması qəzaların baş vermə ehtimalını nisbətən artırır.
Ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır. İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur.
Belə ki, şəhərimizdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200 000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir. Aparılan müşahidələrə əsasən hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir ki, bu da yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və beləliklə hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












