Bakıda toy karvanında avtoxuliqanlığın görüntüləri yayılıb - YENİLƏNİB - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda toy karvanında avtoxuliqanlığının görüntülərini yayıb.
BDYPİ-dən Avtosfer.az-a bildirilib ki, toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən vaxtında aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, iyunun 7-də Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.
"Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan şəxslər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.
Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərt olmaqla yanaşı, həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranış olduğunu da unutmamalıyıq", - məlumatda qeyd edilib.
***
İyunun 7-i saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortecində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










