Baş DYP İdarəsinin Youtube kanalı istifadəyə verildi - FOTO - VİDEO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi Youtube kanalı istifadəyə verilib. Bu barədə Avtosfer.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib. Bildirib ki, “BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqda eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.
DİN-in Baş DYP İdarəsi tərəfindən istifadəyə verilən növbəti sosial şəbəkə seqmentinin yol hərəkəti iştirakçıları arasında aktiv təbliğat-təşviqat və maarifləndirmə işinin aparılmasına, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün əhalinin birgə iştirakçılığa cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəyi nəzərdə tutulur.
Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair icra edilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq yaradılan kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.
Əlaqə vasitələri:
AZ 1117 – Bakı şəh., Xırdalan-Binəqədi şossesi 4.
web: www.dyp.gov.az
Watsapp: +994 50 299 39 53
e-mail: [email protected]
Keçid linki: https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg/videos
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












