Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib - FOTO

Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib
Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə təşkil olunan növbəti nəzarət tədbirləri zamanı sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir. Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada protokollar tərtib edilib. Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO













