Binəqədidə "BMW" ilə "priqazovka" edən sürücü həbs olundu - 20 gün - VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirib ki, 99-FA-703 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü Abdullazadə Heybət Həmid oğlu aşkarlanaraq 40-cı polis bölməsinə dəvət olunub. Onun haqqında toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim edilib. Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilib. Ona barəsində 20 gün müddətində inzibati həbs və 1 il sürücülük hüququndan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, sürücü avqustun 16-da adıçəkilən ərazidə avtomobilin təkərlərini asfalta sürtməklə müxtəlif avtoxuliqanlıq hərəkətləri etmişdi.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












