“Yol polisinin törətdiyi qəza hadisəsini Mirmövsüm ağa ilə əlaqələndirməyin" - Deputat - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda yol polisinə məxsus avtomobil Xəzər rayonu ərazisində zəncirvari qəza törədib. İddia edilib ki, bu hadisə polis əməkdaşının Mirmövsüm ağanın nəvəsinə cərimə yazmasından qısa müddət sonra baş verib. Hadisənin baş vermə səbəbini Mirmövsüm ağanın “cəddi” ilə əlaqələndirirlər. Hətta onun nəvəsi qəza zamanı qeydə aldığı görüntülərdə bunu iddia edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, İslam dini hər bir insandan, vətəndaşdan qaydalara əməl olunmasını tələb edir: “Yəni dinindən, vəzifəsindən, hansı nəslə mənsubluğundan asılı olmayaraq hər kəs qaydalara əməl etməlidir. Dinimizin tələbi budur. Bir insan qayda pozursa, qaydaya görə mütləq cərimə tətbiq olunmalıdır. Bu, normaldır. Yol polisinin törətdiyi qəza hadisəsini Mirmövsüm ağa ilə bağlamağın heç bir dini əsası yoxdur. Dinimiz belə yanaşmaları qəbul etmir. Bir insan günah işlədib, səhv edib, qayda pozubsa, mütləq cəzalandırılmalıdır. Bu, haqlı yanaşmadır. Çünki ortada qayda pozuntusu var. Onda belə çıxır ki, dinimiz qaydaları pozmağı məqbul sayır və dindar biri, hansısa tanınmış şəxsiyyətin övladı qaydanı pozursa, ona cərimə tətbiq edilməməlidir? Həmin polis sonrakı dövrdə də qəza törədər, hansısa hadisə baş verə bilər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Dinimiz hər kəsi qayda-qanunlara əməl etməyə çağırır. Hər kəs etdiyi səhvin cəzasını alır, alacaq. Hamı da bilməlidir ki, dinimiz haqq-ədalətin, doğruların tərəfdarıdır. Dinimizdə çox məşhur bir hədis var. Məhəmməd Peyğəmbərin dövründə oğurluq hadisəsi baş verir. Peyğəmbərimizin yanına gəlib deyirlər ki, həmin adam filan nəsildəndir, onu bağışla. Peyğəmbərimiz isə cavabında deyir ki, qızım Fatimə oğurluq etsə idi, onun da əlini kəsərdim. Yəni islam dini ədalətin, haqqın tərəfarıdır. Ona görə də məsələyə belə yanaşmalıyıq. Dindar, qeyri-dindar fərqi yoxdur, hər bir vətəndaş çalışmalıdır ki, qayda-qanunlara tam əməl etsin, yerinə yetirsin”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












