DYP Abşeronda “Təmiz hava aylığı” çərçivəsində tədbir keçirib - VİDEO

Abşeron rayon polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib. Avtosfer.az xəbər verir ki, keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə qdən sürücülər barədə qanuna müvafiq tədbirlər görülüb. Həmçinin yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq onlara hüquq vəzifələri izah edilib. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, təhlükəsizlik kəmərindən istiadə etməyən, avtomobillərin konstruksiyasında dəyişiklik edən, eləcə də sənədsiz avtomobil idarə edən sürücülər saxlanılaraq barələrində inzibati xəta haqqında protokol tərtib olunub.
Bu kimi reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












